Naməlum bağlamalar
Hər il 11.11, Black Friday və digər bayram endirimləri sayəsində onlayn mağazalardan sifariş edilən məhsullar arasında sıx gecikmə halları və bağlamaların itib, naməlum hala gəlməsi müşahidə olunur. Təkcə noyabr ayında Trendyol mağazalar şəbəkəsində mağazalar 63 milyon satış edib. Noyabr ayında Azərbaycana çatdırılan sifarişlərin isə 80%-ni endirim kampaniyaları təşkil edir. Sifariş çoxluğu bağlamaların Azərbaycana çatdırılmasında gecikmələr yaratmaq ilə yanaşı, həmçinin bağlamaların Türkiyə anbarında və yaxud yerli anbarda itməsinə səbəb ola bilir. Əksər hallarda bağlamalar ilk öncə onlayn mağazanın anbarına, daha sonra isə beynəlxalq poçt vasitəsilə aid olduqları ölkələrə göndərilirlər. Və əgər birinci halda satıcıların malları aksiya başlamamışdan əvvəl anbara göndərilməklə gecikmənin qarşısını ala bilsələr də, poçt xidmətində bütün bağlamaların işlənərək göndərilməsi, düşünüldüyündən daha çox zaman alır. Nəticədə adi günlərdə 10-15 günə çatdırılan mal, həddindən artıq yüklənmə olduğundan, gecikə və hətta itə bilər.
Bağlamaların naməlum hala gəlməsi sifariş verənin ünvan məlumatlarına müştəri kodunu (ID kod) qeyd etməməyindən qaynaqlanır. ID kod, bağlamalar xarici anbarda emal edilərkən bağlamanın sahibinin müəyyənləşdirilməsi üçün vacib bir məlumatdır. Bu kod sizi digər eyni ad və soyadlı müştərilərimizdən fərqləndirmək üçün nəzərdə tutulmuşdur. Bağlamanın üzərində ID kod olmadıqda bağlama naməlum bağlama kimi qeydə alınır və sahibinin müəyyənləşdirilməsinə bir müddət vaxt sərf edilir ki, nəticədə bağlamanın Azərbaycana göndərilməsində gecikmə yaranır. Bağlamalarınızın naməlumlara düşməməyi üçün natamam ünvan və ya yanlış ad, soyad yazmamaq və istifadəçi kodunuzu mütləq qeyd etməyiniz lazımdır.
Siz də Kango ailəsi ilə Türkiyədən online sifariş etmək istəyirsinizsə, sifarişlərinizin məlumatlarında tamlığa diqqət etməlisiniz. Türkiyədən sifariş edildikdə diqqət yetirməli məsələlərdən biri sifarişin bəyan edilməsi, digəri isə sifariş verildikdə ünvan hissəsinə müştəri kodu (ID kod) əlavə edilməsidir. Bizi seçdiyiniz üçün təşəkkür edirik!