Kango mobil tətbiqində “Asan sifariş” xidməti ilə indi daha rahat sifariş edin!
Türkiyənin alış-veriş saytlarından etdiyiniz sifarişləri daha rahat və əlverişli etməyiniz məqsədilə Kango indi sizə “Asan sifariş” xidmətini təqdim edir! Artıq Türkiyədən sifariş etmək bir toxunuş qədər rahatdır! Trendyol mağazalar şəbəkəsindən və Türkiyənin digər alış-veriş saytlarından sifariş etmək üçün sifariş bölməsinə Kango-nun Türkiyə ünvanını daxil etməyiniz kifayətdir. Kango-nun Türkiyə ünvanını isə saytımızdan və ya mobil tətbiqimizdən əldə edərək bir neçə gün ərzində Türkiyə anbarımıza sifarişinizin çatdırılmasını reallaşdıra bilərsiniz. Artıq həmin prosesi “Asan sifariş” xidməti vasitəsilə daha rahat həyata keçirə bilərsiniz!
Kango mobil tətbiqinə daxil olduqda sol tərəfdə qarşınıza çıxan xidmətlər bölməsindən “Asan sifariş” xidmətinə daxil olub, göstərilən mağazalardan birini seçib (Trendyol, DeFacto, LC Waikiki, Zara, Bershka və s.), həmin mağazaların saytına ayrı bir browser-dən daxil olmadan birbaşa Kango tətbiqi ilə saytlara giriş edə bilərsiniz. Mağazanın saytına Kango mobil tətbiqi vasitəsilə daxil olduqdan sonra siz, açılan pəncərədən birbaşa sayta daxil ola, sifarişlərinizi asanlıqla tamamlaya bilərsiniz.
Mobil tətbiqlə sifarişdən sonrakı mərhələ necə işləyir?
Mobil tətbiqlə sifariş verdikdən sonra seçdiyiniz məhsul satıcı mağaza tərəfindən Kango-nun Türkiyədəki anbarına gətirilir. Bağlama Türkiyə anbarımıza gəlib çatana qədərki məsuliyyət satıcı mağazanın üzərindədir. Bağlamanız xarici anbarımıza daxil olduqdan sonra sifarişlər paketlənərək Azərbaycana göndərilir. Sifariş etdiyiniz məhsullar gömrükdə yoxlanılıb, rəsmiləşdirildikdən sonra sifariş etdiyiniz məntəqəyə uyğun olaraq Kango-nun Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax və Mingəçevirdəki filiallarına çatdırılır.
Kango-nun mobil tətbiqində qeydiyyatdan keçib, şəxsi profil yaratdıqdan sonra “Asan sifariş” xidmətinə daxil olaraq seçdiyiniz məhsulun ölçüsünü, sayını və rəngini qeyd edərək rahatlıqla sifarişinizi həyata keçirə bilərsiniz. Ardından, çatdırılma ödənişlərinizi filiallarımıza gəlib nağd şəkildə və ya “Onlayn daşıma haqqı ödənişi” xidmətindən yararlanaraq onlayn formada reallaşdıra bilərsiniz. Sifarişlərinizi ofislərimizə yaxınlaşıb götürməyə vaxtınız yoxdursa, kuryer xidmətlərimizdən faydalanıb sərfəli qiymətlərlə sifarişlərinizi qapınıza qədər çatdırılmasını həyata keçirə bilərsiniz.
Kango mobil tətbiqi funksionallığı ilə Türkiyə brendlərini qapınıza gətirir! Əgər siz də həm sürətli çatdırılma, həm də sərfəli qiymətlərdən yararlanmaq istəyirsinizsə, Kango.az-dan elə indi qeydiyyatdan keçin.