Türkiyədən 5 kosmetika sifariş saytı

2021-03-15 17:39:54
Türkiyədən 5 kosmetika sifariş saytı

Türkiyədən kosmetika sifarişi

 

COVİD-19-dan sonrakı yeni həyatımızda bir məhsulu almağa saatlar ayırmaq, mağazaları gəzib axtarmaq elə də asan və mümkün deyil. Məşğul vaxtımızda, o məhsulu harada tapacağınızı, boş vaxtınızı və beləliklə başqa bir işi qurban verməlisiniz. Telefon yaxud kompyuter arxasında oturaraq yeni satışa çıxan və ya endirimdə olan hər hansı özünəqulluq məhsulunu heç bir işinizdən geri qalmayaraq almaq mükəmməl səslənmir mi? Beləliklə, alış-verişə sərf etdiyiniz bütün vaxtı yaxınlarınızla keçirə bilərsiniz.

 

Üz və bədən baxımı xüsusi diqqət tələb edir. Bu elə bir prosesdir ki, istifadə etdiyimiz məhsulu yaxşı seçməliyik. Düzgün məhsulu seçmədikdə, fərqli təsadlarla qarşılaşmağımız qaçınılmazdır.

 

Hələ də hansı markadan keyfiyyətli kosmetik məhsulları əldə edə biləcəyiniz haqqda tərəddüddəsinizsə, ekrana yaxın əyləşin. Çünki Türkiyədə hansı platormalardan cibinizə uyğun və keyfiyyətli kosmetik məhsullar ala bilərsiniz, onu araşdırmışıq.

 

Türkiyədən kosmetika sifarişi zamanı müraciət edəcəyiniz 5 onlayn platforma

  1. Sephora

Qədim keçmişə malik Fransız mağazası olan Sephora 250 marka və 16 mindən çox müxtəlif məhsulu seçimlərini özündə birləşdirir və alıcılara bu markaların onlar üçün əlçatan olmasına imkan verir. 

  1. Gratis

Sayı 600-ü keçən mağazaların mövcud olduğu Gratis kosmetika, bədən qulluğu məhsulları ilə Türkiyənin bir nömrəli şəxsi qulluq mağazasıdır. Hazırda mart endirimləri keçirən mağaza endirimlər ilə alıcıları sevindirir. Kosmetik məhsullarda 60%, seçilmiş məhsullarda 50% endirimlər mövcuddur. Türkiyədə yaşayan müştərilər üçün isə Nivea məhsullarında çatdırılma pulsuzdur.

  1. Kozmela

Kozmela Türkiyənin ən böyük kosmetik butikidir. Gözəllik və sağlamlıq üçün yeniliklər insanlara xoşbəxtlik gətirir. Mağaza axtardığınız bütün şəxsi qayğı və sağlamlıq məhsullarını əldə etmək üçün sizi mağazaları gəzməkdən xilas edir. Kozmela ilə axtardığınız hər şeyi tək bir mağazadan əlverişli qiymətə tapmaq mümkündür.

  1.  Watsons

Watsons Türkiyə, Türkiyənin ən öndə gələn gözəllik və şəxsi qulluq məhsulları satan mağaza şəbəkələrindən biridir. Mağazanın əsas sloganı “Yaxşı görün, möhtəşəm hiss et”-dir.

  1. Trendyol

Hamımızın alış-veriş edərkən istifadə etdiyi və çox yaxşı bildiyi Trendyol həmçinin özündə bir çox məşhur brend və butikin kosmetik məhsullarının satışını həyata keçirir. Tez-tez endirimləri ilə gündə olan Trendyol hazırda kosmetik məhsullarda da mart endirimləri həyata keçirir. Belə ki, L’Oreal Paris, NYX, Maybeline New York, Garnier kimi dünyaca tanınmış markalarda 15 - 21 Mart tarixləri aralığında 50%-dək endirimlər olacaq.