Kango-nu niyə seçməlisiniz?
Türkiyədən onlayn alış-verişin geniş yayıldığı hamıya məlumdur. Misal olaraq, Trendyol, Lc Waikiki, Koton və s. kimi mağazaları misal göstərə bilərik. Bu mağazaların geniş istifadəçi kütləsinə malik olmasının əsas səbəbləri müştəriyə həm münasib, həm də keyfiyyətli məhsul təqdim etməsidir.
Həmin alış-veriş saytlarının birbaşa Azərbaycana göndərimi olmadığı üçün, burada yerli kargo şirkətləri fəaliyyətə keçir. Hal-hazırda bir çox kargo şirkəti fəaliyyət göstərir. Gəlin, niyə sifarişinizi Kango-ya həvalə etməli olduğunuza nəzər salaq :
İlk öncə bildirək ki, Kango sizə 1 kq üçün 3.49 $ tarifi ilə xidmət göstərir. Kango.az Türkiyənin alış-veriş saytlarından onlayn sifariş olunan malların, poçt bağlamaların Türkiyədən çatdırılmasını həyata keçirir. KANGO HƏFTƏDƏ 5 DƏFƏ daşınma həyata keçirdir. Məhz buna görə Türkiyədən qəbul olunmuş bağlamalar 1-3 iş günü ərzində müştərilərə təhvil verilir.Həmçinin Kango.az-da həcimsəl çəki yoxdur. Bağlamanızın faktiki çəkisi nədirsə ona görə daşınma haqqı ödəyirsiniz.
Kango.az olaraq, müştərilərimizin rahatlığını düşünərək, Bakı anbarına daxil olmuş bağlamanızın istənilən ünvana çatdırılmasını da həyata keçiririk. Bununla da siz vaxtınıza qənaət etmiş olursunuz. Kango.az Bakıda 4 filialı-Nərimanov, Bakıxanov, Həzi Aslanov, İnşaatçılar, Abşeronda 1 filialı-Xırdalan, Sumqayıtda 1 filialı və regionlarımızda 4 -Gəncə, Lənkəran, Mingəçevir, Yevlax filialları mövcüddur.
Qiymətlərlə bağlı tariflər bölməsində məlumat əldə edə bilərsiniz.
Üstünlüklərimiz:
Türkiyənin onlayn alış-veriş səhifələrindən hər hansı bir malın alınması zamanı çətinlik çəkirsinizsə bizə müraciət edin. Biz müştərilərimizin sifarişini müştəri adına alınıb Türkiyədən Azərbaycana çatdırılmasını təşkil edirik. Qeyd edək ki, “Sifarişimi Al” xidmətini seçdiyiniz zaman 3% xidmət haqqı hesablanır ki, bu da Türkiyədən onlayn alış-veriş zamanı yaranan bank xərci, pulun nəğdləşdirilməsi və xidmət haqqı olaraq tutulur.
Sifarişçilər Türkiyə saytlarından alış-veriş etmək üçün bizə müraciət edərək "Biz alaq" xidmətindən istifadə edir. Bunun üçün də göndərilən linklərin sifariş olunması növbə ilə həyata keçirilir. Sifarişlərin növbədən kənar həyata keçirilməsi üçün “Təcili sifariş” xidmətini seçə bilərsiniz. Bu ödəniş göndərilən hər link üçün ayrı-ayrılıqda yox, toplam 1 dəfə olur. Qeyd edək ki, “Təcili sifariş” xidməti seçdiyiniz zaman 1$ (bir dollar) xidmət haqqı ödəyirsiniz.
Kango.az ilə hansı saytlardan sifariş edə bilərsiniz?
Trendyoldan əlavə, bir çox başqa Türkiyə saytlarından da onlayn alış-veriş edə bilərsiniz. Bunlara misal olaraq, Hepsiburada.com Karaca, Morhipo, Flo, Colin’s, Mavi, Defacto və onlarla digər mağazaları göstərmək olar. Sifarişlərinizi təhlükəsiz və rahat əldə etmək üçün Kango.az-a müraciət edə bilərsiniz.
İmkankarımızdan yararlanmaq üçün elə indi Kango.az-dan qeydiyyatdan keç!