KANGODAN İSPANİYAYA GEDİŞ-DÖNÜŞ BİLETİ HƏDİYYƏ!

2025-11-03 16:53:03
KANGODAN İSPANİYAYA GEDİŞ-DÖNÜŞ BİLETİ HƏDİYYƏ!

İspaniya sevənlər, bu fürsət qaçmaz!

 

Noyabr ayı ərzində Kango vasitəsilə İspaniyadan ən çox bağlama sifarişi edən müştərimizə  İSPANİYAYA GEDİŞ-DÖNÜŞ BİLETİ HƏDİYYƏ edirik!

 

Zara, Mango, Bershka, Massimo Dutti və s. alış-verişlərin sənə İspaniyaya səfər etmək şansı verir. Elə bugündən sifariş etməyə başla!

 

MÜSABİQƏNİN ŞƏRTLƏRİ VƏ QAYDALARI

“AZAL-dan İspaniyaya (Barselonaya) gediş-dönüş bileti” adlı müsabiqəsi sifarişçilər tərəfindən İspaniya saytlarından sifariş edilən malların çatdırılması xidmətindən ən çox istifadə edən şəxslər arasında keçirilir. Noyabr ayı üzrə ən çox xarici ofis statusu almış bağlamaları olan istifadəçi  qalib elan olunacaqdır.

-Müsabiqədə iştirak etmək üçün İştirakçılar “Kango” MMC-nin çatdırılma xidmətindən istifadə etməli və qalib bu xidmətdən müsabiqə tarixlərində ən çox istifadə edən şəxs olacaqdır

-Müsabiqədə iştirak bağlama kodlarına əsasən müəyyən edilir.

-Hər sifarişin/bağlamanın kodu bir uduş kuponu kimi qəbul ediləcəkdir.

-Bağlama sayı nə qədər çox olarsa, İştirakçının qalib olma şansı da bir o qədər yüksək olacaq. 

İspaniya saytlarından sifariş edilən malların çatdırılması xidmətindən eyni sayda istifadə edən şəxslər olduğu halda qalib aşağıdakı kriteriyalar üzrə ardıcıllıq ilə müəyyən ediləcəkdir (növbəti kriteriya eyni olduqda, ardıcıl olaraq növbəti kriteriya nəzərə alınacaq):

-        kampaniya ərzində Kangonun bütün xidmətlərindən ən çox sifariş edən şəxs.

-        son 3 ay ərzində Kangonun bütün xidmətlərindən ən çox sifariş edən şəxs.

-        loyallıq prinsipinə uyğun olaraq “Kango” MMC-nin çatdırılma xidməti sistemindən daha əvvəl qeydiyyatdan keçmiş şəxs.

 

                                                    MÜSABİQƏNİN UDUŞ FONDU

   “AZAL-dan İspaniyaya (Barselonaya) gediş-dönüş bileti”. İspaniyaya (Barselonaya) gediş-dönüş bileti qalib müəyyən edildikdən sonra adına rəsmiləşdiriləcək. Ekonom sinifi üzrə biletin uçuş tarixləri 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulub və uçuş tarixlərinin seçilməsi Təşkilatçı tərəfindən ediləcəkdir.

Qalib təqdimat zamanı öz şəxsiyyət vəsiqəsini (adı, soyadı, FİN kodu) və bağlama kodu məlumatlarını təqdim etməlidir. Bu məlumatlar Təşkilatçı tərəfindən yoxlanıldıqdan sonra mükafat qalibə təqdim ediləcəkdir.

Qalib mükafatı qəbul etdikdən sonra tərəflər arasında müvafiq sənədlər imzalanacaq və mükafat qalibə təhvil veriləcəkdir.

Mükafatın təqdim olunması zamanı foto və video çəkilişlər qalibin razılığı ilə aparılacaqdır.

Qalib mükafatı yalnız özü qəbul edə bilər, üçüncü şəxsə verməsi halı mümkün deyil.

Mükafatla bağlı vergi və digər rüsumlar qanunvericiliyə uyğun olaraq tənzimlənəcəkdir.

Sənədlər qalib tərəfindən təqdim edildikdən sonra 30 gün ərzində Təşkilatçı hədiyyəni təqdim edəcək.

Qalib 90 gün ərzində hədiyyəni qəbul etmədiyi halda o, Təşkilatçının sərəncamında qalacaq.