Kango ilə Türkiyədən rahat və sərfəli çatdırılma qaydaları

2020-12-20 17:57:11
Kango ilə Türkiyədən rahat və sərfəli çatdırılma qaydaları

Kango ilə Türkiyədən rahat və sərfəli çatdırılma qaydaları

Ölkəmizdə Türkiyədən çatdırılmalarda üstünlük verilən onlayn mağazalardan sifariş anlayışı texnologiyanın inkişafının ticarətə müsbət təsiri nəticəsində yaranan və artıq Azərbaycanda bir çox alıcının alış-veriş vərdişlərini dəyişən yeniliklərdən biridir. Bunun həddən artıq kütləvi hal alması hamının Türkiyədən sifarişlərimdə ən rahat və sərfəli çatdırılmanı necə təmin edə bilərəm sualına cavab axtarmasına səbəb olub. Əgər siz də mütəmadi onlayn sifariş edənlərdənsinizsə və onlayn alış-verişin üstünlüklərindən faydalanarkən Türkiyədən çatdırılmasını da sərfəli şərtlərlə həyata keçirmək istəyirsinizsə, o zaman bütün suallarınıza bu bloqumuzda cavab tapa biləcəksiniz.

O zaman vaxt itirmədən onlayn alış-verişlərdə ən çox hansı məhsulların sifariş edildiyinə və Türkiyədən çatdırılmalar zamanı tez-tez qarşılaşdığınız problemləri necə həll edə biləcəyinizə nəzər yetirək.

Onlayn geyim sifarişi və Türkiyədən çatdırılma

turkiyeden-catdirilma-onlayn-geyim-sifarisi

Geyim alış-verişi Türkiyədən sifarişlərdə ən çox üstünlük verilən məhsullardandır. Həm qadınlar, həm də kişilər tərəfindən tez-tez alınan bu kateqoriyaya belə çox rəğbət göstərilməsinə səbəb sifarişlərin Türkiyədən çatdırılması zamanı qiymətlərin yerli bazara nisbətən qat-qat sərfəli olması və eyni geyimi bir çox markanın saytından əldə etmək imkanı olmasıdır. Çünki, oflayn alış-veriş etdikdə biz bəyəndiyimiz geyimin həm sərfəli qiymətini, həm də özümüzə uyğun ölçüsünü tapmaq üçün bəzən bütün bir günümüzü sərf edirik və bəzi hallarda istədiyimizi tapmadan evə qayıtmaq məcburiyyətində qalırıq. Onlayn alış-verişinizin Türkiyədən çatdırılmasında isə siz çox rahatlıqla bir neçə mağazanı oturduğunuz yerdən gəzə və istədiyiniz geyimi bir-neçə saat ərzində tapa bilərsiniz.

Geyim sifarişlərinin Türkiyədən çatdırılması mövzusu qış aylarında daha çox aktuallaşır. Çünki qış geyimləri, xüsusilə sviterlər məşhur brendlər tərəfindən daha endirimli qiymətlərlə təklif olunur və beləliklə, siz hər bir brendin özünəməxsus istehsal etdiyi kolleksiyaları ilə həm isti geyimlər əldə edə, həm də öz stilinizlə gündəlik geyiminizi daha xoşagələn edə bilirsiniz. 2020-2021 qış sezonunda ən maraqlı kolleksiyalara sahib markalar isə hər il öz qış geyimlərinin fərqli dizaynı ilə fərqlənən Koton, H&M, Defacto, Colin's, LC Waikiki, Collezione, GAP, LoftMavi'dir. Odur ki, növbəti dəfə Türkiyədən çatdırılma edəcəyiniz sviter sifarişlərinizdə bu saytların qış geyimlərinə və endirimlərinə nəzər yetirməyinizi tövsiyyə edirik, çünki bu saytlarda mövcud olan geniş seçim arasından öz zövqünüzə uyğun geyimlər əldə etmək sizin işinizi xeyli asanlaşdıracaq.

Onlayn ayaqqabı sifarişi və Türkiyədən çatdırılma

turkiyeden-catdirilma-onlayn-ayaqqabi-sifarisi

Qış geyim sifarişinizi tamamladıqdan sonra Türkiyədən çatdırılmasını gözləyərkən geyiminizi tamamlayacaq ayaqqabı sifarişi də etsəniz, həm zövqünüzə uyğun, həm də daha ucuz qiymətə kombininizi tamamlamış olacaqsınız.

Hazırda mövsümlə əlaqədar qış ayaqqabılarının Türkiyədən çatdırılmasını həyata keçirənlər daha çoxdur. Əgər hələ də, qış ayaqqabınızı seçməmisinizsə, Flo, Straswans, Sail Laker’s, Derimod, DeichmannSkechers saytlarındakı kampaniyalara və modellərə baxmaqla seçim edə bilərsiniz.

Uşaq geyimlərinin onlayn sifarişi və Türkiyədən çatdırılma

turkiyeden-catdirilma-usaq-geyimlerinin-sifarisi 

Bir çox valideynlər etiraf edir ki, övladları üçün alış-veriş etmək özləri üçün alış-veriş etməkdən həmişə daha çətin olur. Çünki, uşaqlar üçün geyimlərin və ayaqqabıların rahatlığına, keyfiyyətinə, hansı materialdan hazırlanmasına və təbii ki, qiymətinə daha çox diqqət etməli olurlar.  Lakin bu geyimləri Türkiyədən çatdırılma ilə əldə etdikdə işinizi xeyli yüngülləşdirmiş olursunuz, çünki etibarlı brendləri rahatlıqla seçə bilirsiniz və digər valideynlərin şərhlərinə əsasən, geyimin materialı haqqında ətraflı məlumat almaq imkanına sahib olmuş olursunuz.

Məsələn, deyək ki, uşağınızın dərisi çox həssasdır və aldığınız geyimlər çox zaman allergik reaksiya verərək qırmızı səpkilərə səbəb olur. Mağazalardan alış-veriş edərkən çox zaman satış nümayəndələri geyimlər haqqında bu qədər dəqiq məlumatlara sahib olmurlar. Lakin, Türkiyədən çatdırılma edərək geyim sifariş etməyə qərar vermisinizsə, siz digər valideynlərin şərhlərinə baxaraq geyimin belə reaksiya verib-verməyəcəyini öyrənmək imkanına sahib olursunuz. Uşaqlar geyimin materialına və digər xüsusiyyətlərinə qarşı daha həssas olduqlarından onlar üçün geyim sifarişinizin Türkiyədən çatdırılmasını edəcəksinizsə, geyimin bol olmasına da diqqət edin ki, yeni geyimlər uşağınızın hərəkətini məhdudlaşdırmasın. Bu barədə əvvəlcə danışdığımız üçün yenidən daha çox danışıb sizi yormaq istəmirik, ama övladlarınıza Türkiyədən çatdırılma ilə onlayn geyim sifarişi edəcəksinizsə, öncəliklə məşhur uşaq geyimləri brendlərini sadaladığımız bloqumuzu oxuyub markalar haqqında daha geniş məlumat almağınızı məsləhət görürük.

Şəxsi qulluq və baxım məhsullarının onlayn sifarişi və Türkiyədən çatdırılma

turkiyeden-catdirilma-onlayn-kosmetika-sifarisi

Xanımlar kombinlərini tamamlamaq üçün sadəcə geyim və ayaqqabı sifarişindən əlavə makyaj vasitələrinin də Türkiyədən çatdırılmasına ehtiyac duyurlar. Çünki gözəl görünüş üçün makyajları da geyimlərinə və gedəcəkləri məkana uyğun olmalıdır. Gündəlik iş rejiminə edəcəyiniz ağır makyajlar, sizin geyiminiz çox xoşagələn olsa belə, ümumi görüntünüzün uyğunsuzluğuna gətirib çıxaracaqdır. Ona görə də makyaj etmədən öncə haraya gedəcəyinizi və kombininizi mütləq düşünün və ona uyğun kosmetika məhsullarınızı Türkiyədən çatdırılmaq üçün sifariş edin.

Həmçinin nəzərdə saxlamalısınız ki, hər gün kosmetika məhsullarından istifadə etdikdə, bu, üz dərinizin təravətini itirməsinə, üzünüzdəki məsamələrin tez dolaraq daha erkən yaşlanmanıza və qırışların artmasına səbəb ola bilər. Elə buna görə də, Türkiyədən çatdırılma etmədən öncə onlayn sifariş edəcəyiniz saytda səbətinizə həm də şəxsi qulluq və baxım məhsullarını da əlavə etməlisiniz. Yaxşı xəbərimiz isə odur ki, Avon, Oriflame, Flormar, Maybelline, Sephora, və Nyx kimi məşhur markaların hamısı həm də baxım məhsulları istehsalçısıdır. Bu markaların hamısının tək-tək saytına baxaraq Türkiyədən çatdırılmasını etməyə vaxtınız yoxdursa, o zaman istədiyiniz məhsulları Trendyol-daki mağazalarından da seçə bilərsiniz.

Ev dekoru və aksesuarların onlayn sifarişi və Türkiyədən çatdırılma

turkiyeden-catdirilma-ev-aksesuarlari-sifarisi

Türkiyədən sifarişlərinizdə Mudo Concept, Madame Coco, English HomeKaraca Home kimi brendlərin məhsullarına baxaraq evinizin interyerinı uyğun ev dekoru və aksesuarlarınızı mağazaları gəzərək çox vaxt sərf etmədən də uyğun qiymətlərlə almağınız mümkündür.

Çanta və aksesuarların onlayn sifarişi və Türkiyədən çatdırılma

turkiyeden-catdirilma-canta-aksesuarlarin-onlayn-sifarisi

Türkiyədən çanta və digər aksesuarların sifarişinin həcmi də son dövrlərdə xüsusilə artıb. Çünki həm brend çanta sifarişi etmək istəyən, həm də çanta və aksesuarlara çox pul xərcləmək istəməyən xanımlar burada özünə uyğun məhsullar tapıb, Türkiyədən çatdırılma edə bilirlər. Qeyd edək ki, bütün növ çantaların-klassik, idman və digərlərinin sifarişini etmək mümkündür. Pull&Bear, Stradivarius, Mango, Bershka kimi brendlərin yeni kolleksiyalarından geyimlərinizi asanlıqla həmin brendlərin çanta və aksesuarlarına uyğunlaşdıra bilərsiniz. Daha çox alternativ axtarırsınızsa və ya 2021-ci ilin çanta trendlərinə uyğun alış-veriş etmək istəyirsinizsə, o zaman bu haqda ətraflı məlumat verdiyimiz bloqumuza göz gəzdirməyinizi tövsiyyə edirik.

Türkiyədən rahat və sərfəli çatdırılma – Kango ilə!

Türkiyədən sifarişlərdə ən çox üstünlük verilən məhsulları və keyfiyyəti ilə seçilən markaları sadaladıq. Məhsulu onlayn mağazalardan sifariş etdikdən sonra isə siz onun Türkiyədən çatdırılmasını həyata keçirməlisiniz. Onlayn alış-veriş etməyi xoşlayan alıcıların əksəriyyəti bağlamalarını karqoya verərkən geyimlərinayaqqabılarının ölçüsünün, rənginin düzgün gəlməməsindən, ev dekoru və aksesuarlarının, kiçik məişət texnikasının düzgün qablaşdırılmadığı üçün qüsurlu gəlməsindən və ya çatdırılma tariflərinin çox baha olmasından şikayətçidirlər. Əslində bu problemləri həll etməyin, yəni Türkiyədən rahat və sərfəli şərtlərlə çatdırılma etməyin çox sadə bir yolu var- Kango-dan sifariş etmək!

Bəs bağlamanızın Türkiyədən çatdırılmasını Kango-ya etibar etməyin üstünlükləri nələrdir? Bunun bir neçə səbəbi olduğundan sizlər üçün aşağıdakı kimi qruplaşdırmağa çalışdıq:

1)Müxtəlif xüsusiyyətlərə malik məhsullara daha sərfəli tariflər təklif edir.

turkiyeden-catdirilma-serfeli-tarifler

Türkiyədən sifariş edən insanların bir çoxu belə alış-veriş daha sərfəli olduğu üçün bu üsulu seçirlər. Lakin onlayn sifarişdən sonra Türkiyədən çatdırılma etmək lazım olur və bəzən çatdırılma üçün karqo şirkətlərinin təklif etdiyi tariflər o qədər yuxarı olur ki, necə deyərlər, belə alış-verişin astarı üzündın daha baha başa gəlir. Lakin, Türkiyədən çatdırılma işini Kango-ya həvalə edənlər belə problemlərlə üzləşmirlər. Bunun əsas iki səbəbini göstərə bilərik. Birincisi, maye məhsullarının-ətirlərin, şəxsi baxım və qulluq vasitələrinin çəkiləri adətən ağır olduğundan Türkiyədən Azərbaycana çatdırılarkən daha yuxarı tariflər tətbiq etmək əvəzinə, maye məhsullarına da standart məhsullarla eyni karqo tarifləri təklif edirik. İkinci səbəb isə son dövrlərdə ev əşyaları kimi məhsulların sifarişinin əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, həcmsəl çəki anlayışını ləğv etməyimizdir. Belə ki, artıq istənilən sifarişinizin Türkiyədən çatdırılmasında məhsulunuz net çəki üzərindən hesablanacaq və siz onlayn sifarişlərdə büdcənizə daha çox qənaət etmiş olacaqsınız. 

2) Türkiyədən çatdırılma edilərkən bəyannamə yükləməyinizə ehtiyac yoxdur.

turkiyeden-catdirilma-beyanneme-yuklemeye-ehtiyac-yoxdur

Türkiyədən çatdırılma zamanı müştərilərə ən çətin iş kimi görünən məsələlərdən biri bəyannamənin doldurulmasıdır. Amma əgər Kango ilə sifariş etmisinizsə, bunun üçün narahat olmağınıza ehtiyac yoxdur. Çünki, Türkiyə anbarımıza çatan bağlamalarınızın üzərində faktura varsa, onlar üçün əlavə olaraq bəyannamə doldurmağınıza ehtiyac yoxdur. Məhsulunuz xarici anbarımıza daxil olduğu zaman siz bu barədə SMS bildirişi vasitəsilə məlumatlandırılacaqsınız.

Bəs, bir neçə məhsulun Türkiyədən çatdırılmasını bizə həvalə etmisinizsə və bəzilərinin üzərində faktura yoxdursa, bu zaman hansı məhsulların fakturasının olduğunu necə bilmək olar? Şəxsi kabinetinizin “Bəyannamələr” bölməsinə daxil olduqda əvvəlcədən sizə göndərilmiş koda uyğun olaraq məhsulun “Kargo takip nömrəsi”ni tapırsınız. Sonra isə onlayn alış-veriş etdiyiniz saytda bağlamanızın Türkiyə daxili izləmə koduna baxaraq hansı məhsul üçün bəyannamə doldurmağa ehtiyac olmadığını təyin edə bilərsiniz. Türkiyədən çatdırılma edilən bağlamanızda faktura yoxdursa, yenə də “Bəyannamələr” bölməsində məhsulu tapıb səhifəni sağa sürüşdürərək “Düzəliş et” yazısını seçməli və açılan pəncərədə sifarişinizin faktura və qiymətini qeyd etməlisiniz.

3) Kango-nun təklif etdiyi xidmətlərlə bağlamanızın onlayn sifarişinizə tam uyğun olaraq çatdırılmasını təmin edə bilirsiniz.

turkiyeden-catdirilma-gold-sifaris-platinum-sifaris

Türkiyədən çatdırılma etdiyimiz məhsulların bir çoxu endirimlər zamanı alınır. Endirimlər zamanı onlayn sifarişlər həddən artıq çox olduğundan aldığınız geyim və ya ayaqqabılar səhvən yanlış ölçüdə göndərilə bilər. “Gold sifariş” xidmətindən istifadə edənlərin isə belə bir narahatlığı olmur, çünki sizin razılığınızla əməkdaşlarımız Türkiyə ofisimizə çatdırılan məhsulun rənginə, ölçüsünə və digər xüsusiyyətlərinə baxaraq mağazaya geri qaytarılmasını təmin edirlər.

Digər bir xoşagəlməz hal isə eviniz üçün aksesuar sifarişi etdiyiniz zaman yarana bilər. Tutaq ki, eviniz üçün çilçıraq, qab-qacaq kimi məhsullar sifariş etmisiniz, lakin Türkiyədən çatdırılması edilən bağlamanızı açdıqdan sonra görürsünüz ki, həvəslə sifariş etdiyiniz çilçırağın hansısa hissəsi yoxdur və ya qab-qacaq dəstindəki boşqablardan bəziləri qırılıb. Bunun qarşısını almaq üçün “Platinum sifariş” xidmətindən istifadə edərək sınma ehtimalı olan məhsulunuzun hissələri yoxlanılaraq, yenə qüsurlu olarsa, aldığınız mağazaya geri qaytarılır.

4) Bank kartı olmadan da onlayn sifarişlərinizin Türkiyədən çatdırılmasını edə bilərsiniz.

turkiyeden-catdirilma-kartsiz-sifaris

Türkiyədən sifariş edərkən bir çox alıcının çətinlik çəkdiyi məsələlərdən biri bank kartı ilə sifariş etməkdir. Bəzi alış-veriş saytları isə yalnız Türkiyə banklarının kartlarını qəbul edir. Belə olduğu halda, onlayn sifarişdən imtina etmək əvəzinə “Sifarişimi al” xidmətimizdən istifadə edə bilərsiniz. Bu zaman əvvəl edilən sifarişlərə öncəlik verilməklə növbə ilə xidmət göstərilir. Əgər kampaniyalar zamanı bu xidmətdən istifadə etmisinizsə və ya sifarişinizin istədiyiniz rənginin, ölçüsünün tezliklə tükənəcəyindən narahatsınızsa, “Təcili sifariş” xidmətindən istifadə etməyinizi tövsiyyə edirik.

Əgər şəxsi kabinetinizdəki balansınızı bank kartınızla artırmaq istəmirsinizsə, o zaman rahatlıqla E-manat terminallarından bu əməliyyatı yerinə yetirə bilərsiniz.

5) Onlayn sifarişinizin Türkiyədən çatdırılmasında daha rahat şərtlərdən istifadə etmək imkanına sahib olursunuz.

turkiyeden-catdirilma-rahat-sertlerle

Türkiyədən onlayn sifarişlərinizi çatdırarkən daha operativ xidmət göstərmək üçün Türkiyə anbarımızı böyütdükhəftədə 2 dəfə Türkiyədən çatdırılma həyata keçiririk. Bundan əlavə, karqo tariflərimiz də daha sərfəli olduğundan xaricdən onlayn sifarişləriniz üçün tətbiq olunan 300$ limitini aşmaq riskini də əhəmiyyətli dərəcədə azaltmış olursunuz.

Beləliklə, onlayn sifarişlərinizdə Türkiyədən çatdırılmanızı rahat və sərfəli etməyin detalları ilə tanış olduq. Artıq əldə etdiyiniz məlumatlar sayəsində öz kateqoriyasında lider markalardan asanlıqla alış-veriş edə biləcəksiniz.

Kango ilə hər birinizə rahat və sərfəli alış-verişlər arzulayırıq!