İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

Kango artıq Telegram-da!

Kango artıq Telegram-da!
Kango artıq Telegram-da!

Kango-nun xəbərlərini indi Telegram-da izləyə bilərsiniz.

Kango çatdırılma şirkəti “Instagram” və “Facebook” sosial şəbəkələri və Kango.az saytı üzərindən dəyişən tariflər, hava şəraiti, gecikmə halları, yeniliklər və digər məlumat xarakterli xəbərləri tam operativ şəkildə müştərilərə çatdırır. İndi, siz Kango-da olan son yeniliklərdən Kango-nun Telegram kanalı vasitəsi ilə daha rahat və cəld xəbərdar ola bilərsiniz.

 

Telegram kanalını digər sosial şəbəkələrdən fərqləndirən cəhətləri hansılardır?

Texnologiya inkişaf etdikcə insanlar ünsiyyət qurmağın daha asan yollarını axtarır. Sirr deyil ki, dünyada ən geniş yayılan sosial şəbəkələrdən biri “Whatsapp”-dır. Lakin, bu mobil tətbiq həm təhlükəsizlik, həm də keyfiyyət baxımından dəfələrlə ciddi tənqidlərə məruz qalıb. Nəzərə alaq ki, "WhatsApp" "Telegram"dan daha tez, 2009-cu ildə "Yahoo!" şirkətinin keçmiş işçiləri Brian ActonJan Koum tərəfindən qeydiyyata alınıb. "Telegram" isə 4 il sonra, 2013-cü ildə daha öncə "VKontakte" sosial şəbəkəsininin əsasını qoyan Nikolay və Pavel Durov qardaşları tərəfindən yaradılıb. Bu qısa müddətdə geniş müştəri kütləsini cəlb edən Telegram bir sıra xüsusiyyətləri ilə "WhatsApp", “Facebook” və “Instagram”-dan fərqlənir. Telegramı maraqlı edən əsas cəhəti, proqram daxilində əyləncədən siyasətə, sağlamlıqdan kinoya qədər bir çox fərqli mövzuda paylaşım edilən qrupların olmasıdır. Telegram sosial şəbəkəsini digər platformalardan fərqləndirən əsas üstünlükləri, xəbərlərin birbaşa bildiriş formasında göndərilməsi, kanalda paylaşılan yeniliklərin daha aydın və operativ olması, asan ünsiyyətin qurulması, video, GIF-fayl, şəkil, geolokasiya və sənədlərin daha rahat kopyalanması və göndərilməsidir.

 

Telegram kanalında hansı məlumatlardan xəbərdar olmaq olar?

Kango-nun Telegram kanalında hava şəraitinin kəskin dəyişməsi ilə yarana biləcək gecikmələrdən və çatdırılma vaxtlarının dəyişdirilməsi ilə bağlı verilən məlumatlardan daha tez xəbərdar ola bilərsiniz. Həmçinin, Telegram kanalı vasitəsilə Kango-da xüsusi günlərə özəl kampaniyalardan xəbərdar olub, kampaniyada iştirak edərək müxtəlif hədiyyələr qazana bilərsiniz. Kango-nun mobil tətbiqində və saytında yaranan yeni imkanlardan, funksiyalardan və digər yeniliklərdən Telegram kanalımıza abunə olaraq daha tez məlumat əldə edə bilərsiniz.

 

Telegram kanalına necə abunə olmaq olar?

Telegram kanalımıza Telegram-a daxil olaraq Kango_az” yazıb, abunə ola, son yeniliklərdən məlumatlana bilərsiniz. Kango-nun Telegram kanalına abunə olduqdan sonra paylaşılan ən son yeniliklər sizə bildiriş olaraq gələcək və bu da, sizin xəbərlərdən daha operativ xəbərdar olmağınıza kömək edəcək.

Kango-nun Telegram kanalına siz də abunə olun, xəbərləri daha rahat alın!