Türkiyədən etdiyiniz sifarişləri daha asan və əlverişli etmək məqsədi ilə Kango ailəsi sizə sürətli və əlçatan mobil tətbiqini təqdim edir. Bağlamalarınızı daha rahat izləmək və hesab üzərindən əməliyyat aparmaq, sifarişlərin edilməsi, kuryer sifarişi və digər xidmətlərindən yararlanmaq üçün Kango mobil tətbiqimiz istifadəyə verildi!
Bildiyiniz kimi Türkiyənin mağazalarından online alış-veriş etmək üçün mağaza saytına daxil olaraq, xarici anbarımızın ünvanını daxil edərək, məhsul linkini Kango.az saytında bəyan edib sifarişinizi tamamlaya bilərsiniz. Kango.az mobil tətbiqi ilə bütün bu proseslər daha asanlaşdı! İndi siz, Kango tətbiqini Playstore-a daxil olaraq yükləyə bilərsiniz. Aplikasiyanı yüklədikdən sonra mobil tətbiqə əvvəlki login və parolu daxil edərək və ya qeydiyyatdan keçib yeni login və parol təyin edərək daxil ola bilərsiniz. Daxil olduqdan sonra sürəti və əlverişliyi ilə seçilən mobil tətbiqimizin müxtəlif funksiyalarını görəcəksiniz. Kango mobil tətbiqi ilə yerinə yetirə biləcəyiniz proseslərin bir neçəsini sizə təqdim edirik:
1. “Sürətli sifariş” xidməti.
“Sürətli sifariş” xidmətindən faydalanmaq istəyən müştərilər bilməlidir ki, bu xidmət sizə Trendyol, DeFacto, Bershka, Zara və s. kimi mağazalar şəbəkəsindən daha rahat və birbaşa sifariş etməyə imkan verir. Belə ki, xidmətə daxil olduqdan sonra qarşınıza çıxacaq mağazalara daxil olaraq birbaşa həmin mağazanın saytına daxil olub, sifarişlərinizi ayrıca səy göstərməyə ehtiyac qalmadan aplikasiya sayəsində tamamlaya bilərsiniz. Həmçinin əvvəlcədən saytdan sifariş etmisinizsə belə, eyni xidmətə daxil olub rahatlıqla bağlamalarınızı bəyan edə bilərsiniz.
2. “Kuryer sifarişi” xidməti.
Türkiyədən sifariş etdiyiniz bağlamalarınızı filiallarımıza gəlməyə ehtiyac olmadan kuryer sifariş edə, heç bir əlavə prosesdən keçmədən bağlamalarınızı evinizdə təhvil ala bilərsiniz. Bunun üçün Kango mobil tətbiqini yüklədikdən sonra, “Kuryer sifarişi” xidmətinə daxil olub ən sərfəli qiymətlərlə kuryer xidmətimizdən faydalana bilərsiniz. Qeyd edək ki, kuryer xidmətimizin tarifləri Bakı şəhər daxili 3 AZN, Bakı kəndlərinə isə 5 AZN təşkil edir. Kuryer ödənişi yalnız nağd şəkildə Kango-nun kuryerlərinə ödənilir və kuryeri sifarişi yalnız Nərimanov filialı üçün keçərlidir.
3. “Onlayn daşıma haqqı ödənişi” xidməti
“Onlayn daşıma haqqı ödənişi” xidmətimizdən yararlanaraq balansınızı artırdıqdan sonra daşıma haqlarınızı təyin edilmiş tariflərə əsasən ödənişini həyata keçirə bilərsiniz.
Hörmətli müştərilər, Kango ailəsi olaraq hər zaman sizin rahatlığınızı düşünüb, ən sərfəli xidmətlərlə sizi sevindirməyə davam edəcəyik. Rəqəmsal dövrün üstünlüklərindən yararlanmağınız üçün mobil aplikasiyamızı yaratdıq. Əgər siz də sərfəli, əlçatan və keyfiyyətli daşıma şərtlərindən yararlanmaq istəyirsinizsə, Kango aplikasiyasını yükləyərək sifarişlərinizi ən rahat şərtlərlə həyata keçirə bilərsiniz.