Onlayn sifarişlər günümüzdə həm seçim, həm maddi, həm də vaxt baxımından olduqca sərfəlidir.
Lakin sifariş zamanı bəzən tərəddüdlər yaşamaq da mümkündür. Xüsusən də, ölçü seçimlərində bununla tez-tez qarşılaşırıq.
Ölçü seçimində nələrə diqqət etməliyik?
Bəzən geyim sifarişi zamanı təxmini seçdiyimiz ölçülər bədən ölçümüzə uyğun olmur, bəzən isə əksinə ölçümüzə tam uyğun olur. Lakin hər sifariş zamanı bu seçim arasında qalmamaq üçün problemi bir dəfəlik anlayıb həll etmək lazımdır.
Ölçü sistemləri neçə növ olur?
Sifariş zamanı biz ,adətən, S,M, L, X, XL kimi hərflər və ya 42-dən 60-a kimi rəqəmlər görə bilərik. Bu ölçü sistemi, əsasən, üst hissə geyimlərdə istifadə olunur. Daha çox köynək, gödəkcə, sviter sifariş verdikdə S (small), M (medium), L (large) hərfləri uyğun olaraq kiçik, orta, böyük ölçüləri ifadə edir. Qarşılarında gördüyümüz X hərfi isə, extra, yəni qüvvətləndirici ədatı ifadə edir. Məsələn, XL - extra large, yəni “daha böyük” anlamına gəlir.
Şalvar sifarişi zamanı rastımıza adətən 32-34, 29-31 kimi ölçülər çıxır. Bu rəqəmlər ölçü aralığı yox, geyimin bel və bud nahiyəsinin ölçüsünü bildirir. Yəni gördüyümüz ölçülərdə birinci gələn, W(width) - en deməkdir və şalvarın belinin ölçüsünü göstərir. İkinci H(height) isə bud nahiyəsinin dairəvi ölçüsüdür.
Ayaqqabı sifarişləri zamanı isə ölçü seçimi daha rahatdır. Öyrəşdiyimiz ölçü sistemindən kənara çıxılmır və adətən sifarişlər düzgün şəkildə çatır. Bəzən isə ayaqqabı sifarişi zamanı da ölçü problemi ilə rastlaşmaq olur. Bu ayaqqabının materialından aslıdır. Bəzi ayaqqabılar materiala görə daha sıx, bəziləri isə boş olur. Buna görə də ayaqqabı sifarişi zamanı ,xüsusən, daha əvvəlki istifadəçi rəylərinə diqqət yetirmək lazımdır.
Türkiyədən ölkəmizə etdiyiniz sifarişləri tam zamanında, cibinizə uyğun və güvənli şəkildə əldə etmək istəyirsinizsə, elə indi Kango.az-dan qeydiyyatdan keçərək endirimli tariflərdən yararlana bilərsiniz. Tariflərimiz 1.29$ - dan başlayır. Siz seçin, sifariş edin, biz ən sərfəli şərtlərlə sizə çatdıraq.