Daşınması qadağan olan məhsullar- Siyahı

2021-02-26 12:24:13
Daşınması qadağan olan məhsullar- Siyahı

Bildiyimiz kimi, bir çox xarici ölkələrdən, əsasən, Türkiyədən sifariş zamanı bir çox məhsulları əldə etmək mümkündür. Lakin heç də hər zaman hər bir məhsulun alışını həyata keçirmək olmur. Birm çox alıcının onlayn sifariş prosesindən məlumatlı olsa da, bəzi kateqoriyaya məhsulların alışında qadağa olması və onların hansı olduğundan xəbərdar deyil.

Onlayn alış-veriş zamanı alıcı sifariş etdiyi malın hansı ölkədən gəlməsi ilə bağlı məlumatı dəqiqləşdirməlidir. Eyni zamanda, gömrükdə problemlə qarşılaşmamaq üçün satıcıdan hesab fakturası da tələb olunmalıdır. Kanqo olaraq. sizə Gömrük tərəfindən qadağa olunan məhsulların siyahısını təqdim edirik:

  • Yivli odlu silah növləri, döyüş sursatı, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Telefonlar,tərkibində batareya olan avadanlıqlar, powerbanklar
  • Qida məhsulları
  • Toz halında məhsullar
  • Tozsoran
  • Spirtli içkilərin bütün növləri və tütün məhsulları
  • Partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr ( parfumeriya, sprey, quru şampun, boyalar və s.)
  • Tibbi məhsullar
  • Gizli kamera
  • Akkumlyatorlar
  • Amortizatorlar
  • Hover Board skuteri
  • Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
  • Radioaktiv maddələr
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat
  • Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar
  • Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar
  • Canlı heyvanlar
  • Bitki və toxumlar
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika
  • Xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri
  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr
  • Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar
  • Dini və Siyasi kitablar `
  • Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar