Daşıma haqqı ödənişlərinizi indi mobil tətbiq vasitəsilə daha rahat ödəyə biləcəksiniz.
Türkiyənin onlayn alış-veriş mağazalarından sifariş etdiyiniz bağlamaların çatdırılma xərclərini filiallarımıza gələrək və ya Kango.az saytına daxil olaraq həyata keçirə bilərsiniz. İndi həmin ödəniş prosesini Kango-nun mobil tətbiqi vasitəsilə daha rahat edə bilərsiniz. Kango mobil tətbiqini Playstore-dan yükləyib, qeydiyyatdan keçdikdən sonra sifariş etdiyiniz məhsulların çatdırılma haqqını onlayn formada asanlıqla reallaşdıra bilməyiniz üçün Kango mobil tətbiqi sizə “Onlayn daşıma haqqı ödənişi” xidmətini təqdim edir!
Kango mobil tətbiqində “Onlayn daşıma haqqı ödənişi” xidmətinə daxil olduqda qarşınıza Bakı ofisində olan bağlamalarınızın siyahısını görəcəksiniz. Siyahıdakı məhsullardan birinə daxil olub daşıma haqqı ödənişlərinizi rahatlıqla ödəyə bilərsiniz. Bakı daxilində çatdırılma dolların həmin günə olan rəsmi məzənnəsinə əsasən AZN-lə həyata keçirilir.Daşıma haqqı ödənişlərini aşağıda sadalanan sərfəli tariflərimiz vasitəsilə reallaşdıra bilərsiniz:
Bakı və Sumqayıt şəhərləri üzrə:
0-100qr 0.89$
101qr – 250qr 1.49$
251qr – 500qr 2.49$
501qr – 1kg 3.49$
1kg üzərində 3.49$
Gəncə, Mingəçevir,Yevlax və Lənkəran şəhərləri üzrə:
0-100qr 1.39$
101qr – 250qr 1.99$
251qr – 500qr 2.99$
501qr – 1kg 3.99$
1kg üzərində 3.99$
Tariflərə uyğun olaraq onlayn formada daşıma haqqınızı ödədikdən sonra bağlamalarınızı “Kuryer sifarişi” xidmətimizdən faydalanaraq evinizə çatdırılmasını həyata keçirə bilərsiniz. Kuryer xidmətimiz Bakı şəhər daxili, Gəncə, Lənkəran, Mingəçevir və Yevlax şəhərlərini əhatə edib, göstərilən bölgələr üzrə çatdırılma edir.
Sifariş etməmişdən əvvəlki proses nədən ibarətdir? Sifarişçinin və satıcının məsuliyyətləri hansılardır?
Sifariş etməmişdən əvvəl qeydiyyatdan keçdikdən sonra istifadəçinin şəxsi məlumatlarının doğru daxil edilməsinə müştəri məsuliyyət daşıyır. Sifariş edilən məhsul satıcı mağaza tərəfindən xarici anbara çatdırılana qədər məhsula dəyə biləcək zədələrdən, məhsulun xarici anbara gec çatdırılmasından və həmçinin çatdırıldıqdan sonrakı ölçüdə və formada yarana biləcək uyğunsuzluqlara görə Kango məsuliyyət daşımır.
Satıcı mağaza ilə yarana biləcək problemin vaxtında həll edilməsi üçün Sifarişçi öz bağlamasını Bakıdakı anbardan mümkün qədər tez götürməlidir. Sifarişçi bağlamanı təhvil aldıqda yoxlamalı, şikayəti varsa həmin an bildirməlidir. Bağlamadakı sınan əşyadırsa, sifarişçi onu təslim aldıqda şirkət əməkdaşının iştirakı ilə açıb, əşyanın tamlığını nümayiş etdirməlidir. Əks halda, sonradan yarana biləcək problemlərə görə şirkət məsuliyyət daşımır.
Kango mobil tətbiqi müxtəlif funksiyaları və əlçatanlığı ilə sizin sifariş etməyinizi daha da asanlaşdrırır. Kango mobil tətbiqi ilə “Kuryer sifarişi”, “Onlayn daşıma haqqı ödənişi” və “Asan sifariş” kimi xidmətlərdən yararlanib sifarişlərinizi çox asanlıqla reallaşdıra bilərsiniz.