Tez-tez böyük kampaniyalarla alıcıları sevindirən Trendyolun bu sezonda da baş tutacaq böyük endirimləri 10-11-12 mart tarixlərini əhatə edəcək. Yavaş-yavaş normal həyata qayıtdığımız vaxtda bu endirimlərdən yararlanıb məhsullar əldə edərək təravətli baharı qarşılaya bilərsiniz.
Trendyol onlayn alış-veriş zamanı yerli müştərilərin müntəzəm olaraq üz tutduğu saytdır. Bu kimi endirimlər yerli müştərilərin Türkiyədən alış-verişə üstünlük vermə səbəblərindən biridir. Daimi alıcılar hər zaman bu endirim günlərini böyük səbrsizliklə gözləyir. Geyim, ayaqqabı aksesuar və s. xaricində elektrik və texnoloji avadanlıqlarının sərfəli qiymətləri ilə seçilir. Endirimləri hər zaman izləmədə olan insanlar üçün istədikləri məhsulları çox aşağı qiymətlərlə əldə etmək mümkün olacaq.
10-11-12 mart tarixlərində baş tutacaq endirim günlərində nələr endirimdə olacaq?
Əlbəttə ki, bu günlərdə siz istədiyiniz növ məhsulları endirimlə əldə edə bilərsiniz. Hər yaşa və cinsə uyğun geyimlərlə birlikdə, siz eviniz və ya ofisiniz üçün dekorativ məhsullar, ev əşyaları, noutbuk, airpods və s. kimi texnoloji avadanlıqlar yaxud elektronika avadanlıqları və s. məhsulları müxtəlif mağazalardan endirimli qiymətlərdən yararlanaraq ala bilərsiniz. Əgər maraqlandığınız məhsullar məişət əşyalarıdırsa, “Philips”, “Fakir”, “Emsan”, “Karaca”, texnoloji məhsullardırsa “Xiaomi”, “Apple”, “Samsung” markalarından əldə edə bilərsiniz.
Necə endirimlər olacaq?
3 gün davam edəcək bu endirim günlərində müxtəlif kampaniyalar mövcud olacaq. 50%-dək olan endirimlərdən, “1 al, 2 ödə” kimi kampaniyalardan xəbərdar olmaq üçün Trendyol applikasiyasını yükləməyi unutmayın.