Gömrük limitini keçmədən asanlıqla “Black Friday” endirim sifarişlərini et!
Hamımızın Türkiyədən sifariş üçün səbirsizliklə və endirimlərdən yararlanmaq üçün gözlədiyi "Black Friday" endirimi artıq başlayır. Artıq hər kəsə məlumdur ki, Black Friday endirim sifarişləri il ərzində Türkiyədən edilən sifarişlərin böyük həcmini təşkil edir. Milyonlarla məhsula tətbiq olunan endirimlər bizi kiçikdən böyüyə həm özümüz, həm ailəmiz, həm də dostlarımız üçün alış-veriş etməyə, müxtəlif hədiyyələr almağa vadar edir desək, yanılmarıq. Bu sifarişləri Kango.az ilə etsəz iki qat endirimdən yararlana bilərsiniz.
Uzun illər boyu məşhurluğunu qoruyub saxlamış “Black Friday” ifadəsi bəs haradan gəlir? Bu günün tarixi haqqında fərqli fərziyyələr yayılsa da, bu haqda dəqiq məlumat təəssüf ki, yoxdur. Ən məşhur fərziyyələrdən biri isə Filadelfiya şəhərində Şükran bayramı ilə əlaqəlidir. Deyilənlərə görə Şükran bayramından sonra yaranan izdiham, tıxaca görə həmin gün “Black Friday” adlandırılmışdır.
İllər boyu məşhurlaşmış və satıcıların öz mağazalarını erkəndən açaraq endirimlər tətbiq etdiyi, qazancını artırdığı günə çevrilmişdir. Elə buna görə də digər bir fərziyyə yaranmış və “Black Friday” endirim günü həmin gün satıcılar tərəfindən əldə olunan gəlirlə əlaqələndirilmişdir. Mühasibatlıqda gəlir çox olduqda qara rəng, xərc çox olduqda isə qırmızı rənglə işarə olunduğuna istinadən yaranmış bu nəzəriyyə bir çox insanlar arasında məşhurlaşmışdır.
İndi isə gələk endirimlərə, yəni alıcıların ən çox xoşladığı və səbirsizliklə gözlədiyi hissəyə. Hekayəsi maraqlı olsa da, endirimləri ondan da maraqlı olan “Black Friday” endirimi dünya üzrə ən məşhur endirim günü sayıldığından mağazalarla yanaşı demək olar ki, bütün onlayn alış-veriş saytlarında da yüzlərlə brendə müəyyən faizə qədər endirim tətbiq olunur.
Yenə endirimlər və yenə Türkiyədən sifariş dedikdə ağıla ilk gələn Trendyol.com, Morhipo.com, Watsons.com, Gratis.com, Boyner.com onlayn alış-veriş mağazaları əlbəttə ki, “Black Friday” ilə bağlı öz endirim kampaniyalarını artıq elan ediblər. Hər bir onlayn alış-veriş saytının endirim kampaniya adı özünəməxsusdur.
Trendyol.com-da “Efsane Günler”
Trendyol.com onlayn alış-veriş saytı 25-26-27 noyabr tarixləri çərçivəsində milyonlarla məhsula endirim tətbiq edərək alıcılarını sevindirib. Türkiyədən sifarişlərinizdə Trendyol.com-u tərcih etməklə bir çox endirimdən yararlana bilərsiniz.
Morhipo.com-da “Muhteşem İndirim Haftası”
Morhipo.com isə “Muhteşem İndirim Haftası” adı altında 23 noyabrdan etibarən bir həftə boyu 90%-ə qədər endirimlər tətbiq edərəm Türkiyədən sifarişlərə xüsusi kampaniyaya start verib.
Watsons.com onlayn alış-veriş saytı “Efsane Cuma” adı altında başlatdığı endirim kampaniyası ilə 20-29 noyabr tarixləri arasında Türkiyədən sifarişlərə 60%-ə qədər endirim tətbiq etmişdir.
Boyner.com-da “Şahane Cumada Şahane İndirimler”
Boyner.com onlayn sifariş saytı isə “Şahane Cumada Şahane İndirimler” deyərək KSM30 kupon kodu ilə bütün endirimlərə əlavə səbətdə 50%-ə qədər endirim tətbiq etmişdir.
Gratis.com onlayn sifariş saytı hər zamanki kimi “Mor Fırsat”-larından qalmamış və bir çox kosmetika və baxım məhsuluna endirimlər etmişdir.
U.S. POLO ASSN.-da “Yılın En Büyük İndirim Haftası”
İlin hər bir ayı endirimləri ilə məşhur olan U.S. POLO ASSN. brendi onlayn alış-veriş saytında “Black Friday” endirimindən də yan keçməmiş və “Yılın En Büyük İndirim Haftası” adı altında 50% + 10% səbətdə endirimlərinə start vermişdir.
300$ gömrük limiti
Indi bir çoxunun ağlında sual yarana bilər ki, noyabr ayı ərzində 25-nə kimi Türkiyədən bir çox sifarişim olub, indi necə sifariş edim ki, “Black Friday” endirimləri zamanı 300$ gömrük limitini keçməyim? Çoxumuzu maraqlandıran problem bu olsa da, cavabı Kango.az-dadır.
Kango.az sizlərin 300$ gömrük limiti problemi ilə üzləşməməniz üçün “Black Friday” endirimləri zamanı etdiyiniz Türkiyə sifarişlərini noyabr ayında deyil, dekabr ayında Azərbaycana göndərilməsini təmin edəcək. Beləliklə Türkiyə sifarişlərinizdə noyabr ayı ərzində limiti tamamlasanız belə rahatlıqla endirimlərdən faydalana və sifarişlərinizi yerinə yetirə bilərsiniz. Sifariş etdiyiniz bağlamalar dekabr ayında Azərbaycana göndəriləcəyi üçün yenidən 300$ gömrük limitiniz olacaq, beləliklə gömrük limiti ilə bağlı probleminiz yaranmayacaq və bu sifarişləriniz noyabr ayı sifarişlərindən ayrı hesablanacaq.
Kango.az ilə sifariş edən heç vaxt narazı qalmaz deyərək hər zaman müştərilərimizin məmnuniyyətini düşünürük! Sifarişlərinizin yolunu gözləyir və bağlamalarınızın sürətli çatdırlmasını təmin etmək üçün xidmətinizdəyik!
Əlavə suallarınız yaranarsa, sosial şəbəkələr vasitəsilə bizə yaza və ya 012 525 43 43 nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz.
Sizlərə Kango ilə xoş alış-verişlər arzulayır və sifarişlərinizi səbirsizliklə gözləyirik!