Müştərilərimizə şad xəbərimiz var. Artıq Kango ilə bəyannamə yükləməyə ehtiyac yoxdur‼️ Türkiyədə yaranmış sıxlığı nəzərə alaraq bundan sonra sizlərə daha operativ xidmət göstərmək üçün Bəyannamə yüklənilməsini ləğv etdik!
Türkiyə anbarımıza gələn bağlamaların üzərində faktura varsa, bağlama birbaşa sistemə əlavə olunaraq müştərinin “bağlamalar” bölməsində yer alacaq və bununla bağlı sizə SMS bildirişi gələcək
Əks halda, yəni əgər bağlamanın üzərində faktura olmazsa, siz bununla bağlı faktura SMS bildirişi alacaqsınız. Bu SMS bildiriş ilə sizdən bağlamanın faktura və ya qiyməti və məhsulun özü görünən şəkli yükləməyiniz istəniləcək. Beləliklə, siz nömrəsi qeyd edilən bağlamanı beyannamələr bölməsindən tapmalı və fakturasını yükləməlisiniz.
Bununla bağlı ağlınızda yarana biləcək sualları bu videoda cavablandıracağıq.
1.Bağlamalarımı haradan tapa bilərəm?
Bağlamalarınızı görmək üçün Kango.az saytında şəxsi kabinetinizə daxil olaraq “Bəyannamələr” bölməsinə keçid edin.
2. Kodun hansı məhsuluma aid olduğunu necə bilim?
Şəxsi kabinetinizdə “Bəyannamələr” bölməsinə daxil olduqdan sonra mesajda sizə göndərilən koda uyğun bağlamanı tapırsınız. Həmin məhsulun “kargo takip nömrəsi” bölməsində yazılan nömrə sizin bağlamanın Türkiyə daxili karqo izləmə kodudur. Daha sonra aldığınız mağazalardan bu kargo takip nömrəsi ilə müvafiq bağlamanızı tapa biləcəksiniz. Beləliklə, siz nömrənin aid olduğu bağlamanı tapmış oldunuz.
Əgər bağlamanızı “Kargo takip nömrəsi” üzrə tapa bilməsəniz, Bəyannamə hissəsində yazılan məhsul haqqında qeydi oxuyaraq tapa bilərsiniz.
3. “Kargo takip nömrəsi” nədir?
Kargo Takip nömrəsi bağlamanız Türkiyə daxili karqoya verildiyi zaman izlənməsi üçün təyin edilən karqo kodudur. Sifariş etdiyiniz onlayn mağazada məhsulun karqo detallarına daxil olaraq Kargo Takip koduna baxa bilərsiniz.
4. Bağlama üçün fakturanı necə yükləyim?
Bəyannamələr bölməsində SMS bildirişdə kodu qeyd edilən bağlamanı tapın. Səhifəni sağa sürüşdürərək “Düzəliş ET” yazısına klikləyin və açılan pəncərədə faktura və qiyməti daxil edin.
5. Məhsulun fakturasını necə tapa bilərəm?
Aldığınız məhsulun fakturasını tapmaq üçün e-mail adresinizə daxil olmalısınız. Çünki sifariş etdiyiniz mağaza məhsulun fakturasını sizin e-mail adresinizə göndərir, beləliklə e-mail ünvanınızdan sizə göndərilmiş fakturanı yükləyə bilərsiniz.
6. Fakturanı tapa bilmirəmsə, nə edə bilərəm?
Əgər fakturanı əldə edə bilmirsinizsə, məhsulunuzun şəkli və qiyməti düşən ekran görüntüsünü və ya ödənişin qəbzinin şəklini yükləməlisiniz.
Sifarişlərinizi indi Kango.az ilə daha rahat formada bəyannamə doldurmadan yerinə yetirin
Əlavə suallarınız yaranarsa, sosial şəbəkələr vasitəsilə bizə yaza və ya 012 525 43 43 nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz.
Sizlərə Kango ilə xoş alış-verişlər arzulayır və sifarişlərinizi səbirsizliklə gözləyirik!