Bəyannamə necə doldurulur? Sualına ən asan cavab Kango.az saytında!

2020-10-12 19:25:00
Bəyannamə necə doldurulur? Sualına ən asan cavab Kango.az saytında!

Bəyannamə necə doldurulur? Kango.az saytına bəyannaməmi necə yükləyə bilərəm?

Bütün suallarınızın cavabı aşağıdakı video, eyni zamanda yazıda!

Türkiyənin onlayn alış-veriş saytlarından sifarişlərinizi öz bank kartınızla yerinə yetirmək sizə daha rahatdır?

Bu halda sifarişlərinizi özünüz asanlıqla yerinə yetirə və daşınmasını Kango-ya həvalə edə bilərsiniz.

 

Bunun üçün məhsulu aldığınız onlayn alış-veriş saytının ünvan bölməsinə Kango.az saytında şəxsi kabinetinizdə qeyd edilən “Türkiyə Ünvanım” məlumatlarını daxil etməlisiniz.

Türkiyə anbarımızın ünvan məlumatlarını əldə etmək üçün ilk mərhələdə Kango.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyat bölməsini kliklədikdən sonra açılan səhifədə şəxsi məlumatlarınızı daxil edib sizə ən yaxın və uyğun filialımızı seçərək qeydiyyatınızı tamamlayın.

Kango.az saytından qeydiyyatınızı tamamlamaq “Türkiyə ünvanı”nızı əldə etmək üçün vacibdir.  Bunun üçün ekranın sağ tərəfində yerləşən şəxsi kabinetinizə daxil olaraq “Türkiyə ünvanım” bölməsinə keçid edin.

Buradakı məlumatları sifariş edəcəyiniz saytın adres bilgilərinə qeyd edin. Adresi və digər məlumatları düzgün və tam şəkildə yazdığınızdan əmin olun. Bütün şəxsi və adres məlumatlarını daxil etdikdən sonra onlayn alış-veriş saytında sifarişinizi yerinə yetirin.

 

Daha sonra Kango.az saytına daxil olub, “Bəyənnamə yüklə” bölməsinə keçid edirsiniz. Qeyd edək ki, müştərilərimizin rahatlığı üçün bəyannamənin doldurulması prosesi asanlaşdırılmışdır, yəni, barkod nömrəsi, gönderi numarası və ya trek nömrəsi əlavə etməyə ehtiyac yoxdur.

Açılan pəncərədə məhsulu aldığınız mağazanın adını, paket daxili bağlama sayını, məhsulun tipini və məhsulun toplam TL dəyərini daxil edin.

“Bəyənnamə əlavə et” bölməsinə yükləməniz lazım olan şəkli əldə etmək üçün onlayn sifariş etdiyiniz saytdan “Siparişlerim” bölməsinə daxil olaraq aldığınız məhsulun “Sipariş detayı” hissəsinə keçid etməlisiniz. Məhsul haqqında məlumatın ekran görüntüsünü götürüb yaddaşda saxlayın.

Daha sonra həmin şəkli “bəyannamə əlavə et” bölməsinə əlavə edirsiniz. Lakin əgər alış-veriş etdiyiniz mağaza tərəfindən mail adresinizə elektron faktura və ya invoys göndərilibsə, “Bəyannamə əlavə et” hissəsinə elektron fakturanı əlavə etməniz kifayətdir. Bütün xanaları doldurduqdan sonra ‘’Yüklə’’ xanasına klikləyin.

Artıq bəyannaməniz əlavə olundu, bağlamanızın yolunu səbirsizliklə gözləyirik!

Hörmətli müştərilər, nəzərinizə çatdırmaq istərdik ki, Türkiyə anbarımıza daxil olan bütün bağlamalarınız üçün “Smart Customs” tətbiqində bəyannamə doldurmalısınız. Bəyannamə doldurulmadığı halda, məhsullarınızın göndərilməsi baş tutmayacaq.

Əlavə suallarınız yaranarsa, bizə yaza və ya 012 525 43 43 nömrəsinə zəng edərək məlumat əldə edə bilərsiniz.

 

Kango ilə xoş alış-verişlər!