Türkiyədən şalvar sifarişlərimizdə bədən tipimizi necə müəyyən edək?

2021-01-17 13:17:22
Türkiyədən şalvar sifarişlərimizdə bədən tipimizi necə müəyyən edək?

Dünya üzrə həm kiçilər, həm də qadınlar tərəfindən ən çox tərcih edilən geyim şalvarlar olduğu üçün, Türkiyədən şalvar sifarişi öz aktuallığını hər zaman qooruyur.

Bəs görmədən, toxunmadan, geyinmədən necə şalvar seçə bilərik? Təbii ki, bədən tipimizi tanımaqla tərəddüdsüz Türkiyədən şalvar sifarişimizi edə bilərik.

Bədən tipinə görə şalvar seçərkən həm boyumuz, həm də çəkimiz vacib amillərdəndir. Armud bədən tipi, alma bədən tipi və qum saatı bədən tipinə sahibsinizsə, rahatlıqla şalvar seçimi edə bilərsiniz. Dikdörtgen bədən xəttləri olanlar isə şalvar seçməkdə bira az çətinlik çəkə bilərlər. Lakin bu bloqumuzu oxumaqla bütün bədən tiplərinə uyğun şalvarları tanıyacaq, öz bədən tipinizə uyğununu seçərək Türkiyədən şalvar sifarişinizi rahatlıqla yerinə yetirəcəksiniz.

Türkiyədən şalvar sifarişlərimizdə bədən tipimizi necə müəyyən edək?

Alma, armud, düzbucaqlı və qum saatı bədən tipini müəyyən etmək üçün bud, bel, sinə və çiyin hissəsinə baxmaq lazımdır. Bədən tipinə görə şalvar seçmək üçün əvvəlcə bədən quruluşumuzun necə olduğunu öyrənmək lazımdır. Çox sadə bir şəkildə tam uzun güzgünün qarşısına keçərək bunu müəyyən edə bilərsiniz. Armud bədən növü bud və sinə hissəsi daha geniş olan bədən tipidir. Bu bədən tipinin ayaqları və budları qalındır, ancaq üst hissəsi bir qədər incədir.
Alma bədən növündə isə demək olar ki, bütün xətlər ovaldır. Bununla birlikdə, bud, sinə, çiyin və bel bölgəsinin ölçüləri bir-birinə oxşardır.
Kvadrat bir bədən tipində çiyin geniş, bel incə və bud çiyinlə eyni nisbətdədir.
Qum saatı bədən tipi isə, 90 60 90 adlandırdığımız bir bədən növüdür. Bel incə, sinə, çiyin və bud qismi daha genişdir.

Beləliklə siz artıq öz bədən ölçülərinizi nəzərə alaraq bədən tipinizi müəyyən etmiş oldunuz. Türkiyədən şalvar sifarişi etməyə tərəddüdlü yanaşanların ilk problem həll olundu! İndi isə növbə öz bədən tipimizə uyğun şalvar növlərini öyrənməkdir.

Armud bədən tipinə görə şalvar seçimi

armud beden shalvar sifarishi

Armud bədən tipi şalvar seçimi ilə bağlı ən çətin bədənlərdən biridir. Bu bədən tipində yuxarıda qeyd edildiyi kimi yuxarı bölgəsi dar və incə, alt bölgəsi isə daha qalındır. Qalın və geniş ərazilərin nazik və qıvrım görünməsi üçün “boru paça” adlandırılan şalvarlara və tünd rəngli geyimlərə üstünlük verilə bilər. Türkiyədən şalvar sifarişlərinizə tünd rəngli şalvarları əlavə etmək vaxtıdır.

Armud bədən tipi üçün yüksək bel, boru ətək və aşağı bel boru ətək modellərə daha çox üstünlük verilməlidir. Beləliklə, bədəni mütənasib göstərəcək bir şalvar modeli seçə bilərsiniz. Bədən xəttlərinin düzgün və şık bir görünüşə sahib olması və xüsusən də kiçik sinəsi olan qadınlar üçün yüksək bel şalvarlar favorit olmalıdır. Turkiyeden salvar sifarisleriniz artıq size daha qıvrım göstərəcək və göz oxşayan cizgiləri ortaya qoyacaq.

Alma bədən tipinə görə şalvar seçimi

alma beden shalvar sifarishi

Alma gövdəsi tipinə görə şalvar seçərkən geniş yuxarı bölgə və geniş aşağı bölgə səbəbindən qıvrımlara görə şalvar seçməyə üstünlük verməlisiniz.

Bu bədən tipində əsasən orta sinə ölçüsü, arıq ayaqlar və qıvrımsız xəttlər hökm sürdüyü üçün alma bədən tipi bol şalvarlardan uzaq durmalıdırlar. Dar və “boru paça” adlanan modellərə üstünlük verilməli və “ispanyol paça” modellərinin də yeri ayrı tutulmalıdır. Mango, Zara, Bershka, Yargıcı, Twist, Trendyol kimi bir çox onlayn alış-veriş saytından onlarla çeşid sizə uyğun şalvarları seçərək Türkiyədən şalvar sifariş edə bilərsiniz.

Qum saatı bədən tipinə görə şalvar seçimi

qum saati beden shalvar sifarishi

Qum saatı bədən tipi, incə bel və orta sinə - bud xəttləri olan qadınlarda mövcuddur. Bir çox şalvar modelinin yaxşı göründüyü bu bədən növü həddindən artıq dar və boş paltar geyinməməlidir. Qısa bel və enli şalvar modelləri şık bir görünüş təqdim etdiyi üçün Türkiyədən şalvar sifarişlərinizə bik ətək şalvarları tərcih edə bilərsiniz. Bədən tipinə görə şalvar seçərkən, xüsusilə qum saatı tipinə məxsus şəxslər “havuç” model adlanan şalvarlardan uzaq olmalı və ombasını daha qabarıq göstərən şalvarlara üstünlük verməməlidir.

Düzbucaqlı bədən tipinə görə şalvar seçimi

duzbucaqli beden shalvar sifarishi

Orantılı bədən tiplərinə sahib olan düzbucaqlı bədən yuxarı və alt bölgələrin demək olar ki, eyni nisbətdə olduğu bədən tipləridir. Düz bədən xəttlərinə sahib olduqları üçün, ümumiyyətlə onları daha şık göstərəcək qıvrım modellərə üstünlük verməlidirlər. Cins modelləri, düzbucaqlı bədən tipinə görə şalvar üçün əla seçim ola bilər. İncə və görkəmli xətləri olan modelləri seçə bilərsiniz. Xüsusilə dar şalvar, cins və cibləri aşağıda dizayn edilən modellər sizə daha şık görünəcək. Trendyol saytına daxil olaraq sizə uyğun şalvar tipini Türkiyədən Kango vasitəsilə sifariş edə bilərsiniz. Cins şalvar seçərkən mümkün qədər incə parçaya sahib olan sadə modellərdən seçsəniz, bədən tipiniz üçün ideal görünüm yarada bilərsiniz. Bu modellər xüsusi bədən xətlərinizə gözəl bir görünüş qatacaqdır.

Qısa boylu insanlar üçün şalvar seçimi

qisa boy beden shalvar sifarishi

Qısaboy qadınların ümumiyyətlə üstünlük verməli olduqları modellər həm yüksək bel, həm də boru ətəkli şalvarlardır. Ümumiyyətlə boyları kiçik olduğundan, boş modellər onlara uyğun gəlmir, beləliklə pis bir görüntü yaradaraq kilolu görünmələrinə səbəb olur. Düzgün şalvar seçərkən bədən quruluşu ilə yanaşı boyun da vacib olduğunu unutmamalıyıq. Boyunuz kiçikdirsə və armud tipli bədənə sahibsinizsə, “havuç” tipli şalvar modellərini seçə bilərsiniz. Qısa və alma bədən tipləri  üçün dar boru ətəkli şalvarları seçə bilərsiniz. Qısa boylu xanımlar artıq Türkiyədən şalvar sifarişi edərkən asanlıqla özlərinə uyğun modeli seçə biləcəklər.

Uzun boylu insanlar üçün şalvar seçimi

uzun boylu beden shalvar sifarishi

“İspanyol” ətəkli şalvar modelləri hündür insanlar üçün yeni bir stil ola bilər. Yüksək bel və “ispanyol” ətəkli şalvar modelləri xüsusi bədən tiplərinə görə üstünlük verilə biləcək seçimlərdir. Məsələn, hündür armud tipli bədən xətləriniz varsa, Türkiyədən şalvar sifarişlərinizdə mütləq “ispanyol” şalvarından uzaq durmalısınız. Geniş bud və bel bölgəniz varsa, dar şalvarlar deyil, “ispanyol” şalvarlara üstünlük verməlisiniz.

Bu bloqumuzda da öz bədən tipinizi və bədən tipinizə uyğun geyimi necə müəyyən etməyi öyrənmiş olduq. Ümid edirik bundan sonra bədən tipinizə uyğun şalvar seçimi etməkdə çətinlik çəkməyəcəksiniz. Artıq heç bir tərəddüdsüz Türkiyədən şalvar sifarişlərinizi Kango.az ilə yerinə yetirə bilərsiniz. “Kango.az ilə Türkiyədən şalvar sifarişlərimi necə yerinə yetirim?” deyirsinizsə linkə daxil olaraq videonu izləyə və sifarişinizi yerinə yetirə bilərsiniz. Türkiyədən sifarişlərinizi yerinə yetirərkən məhsulunuzu Smart Customs tətbiqində bəyan etməyi unutmayın.

Növbəti bloqlarda görüşənədək!