DIQQƏT! DİQQƏT!
Dəyərli müştərilərimiz,
21 Avqust Bakıya yola düşən bağlamaların çatdırılmasında gecikmə halı baş verdiyi üçün həmin reysdəki bütün bağlamaların daşınma haqqına 50% endirim tətbiq ediləcək. 1kg =1.75$
Təəssüf hissi ilə bildirmək istərdik ki, Hava yollarında baş vermiş problemdən dolayı bağlamaların bir hissəsi Türkiyə gömrüyündə qalmışdır. Qalan bağlamaların sabah yola düşəcəyi planlaşdırılır. Həftə sonuna kimi isə bağlamaları sizlərə təhvil verməyə çalışacağıq.
Bildirmək istərdik ki, fəaliyyət göstərdiyimiz müddət ərzində müştərilərimiz bizim üçün dəyərli, onların məmnuniyyəti bizim ən başlıca məqsədimiz olub. Lakin, zaman-zaman bizdən asılı olmayan səbəblərdən gecikmə halları yaşana bilir. Bu hallarda bizi anlayışla qarşıladığınız və bizə dəstək olduğunuz üçün hər bir müştərimizə sonsuz təşəkkür edirik.