İş saatları

Bazar ertəsi - Şənbə 10:00-20:00
012 525 43 43
012 525 43 43
Bazar ertəsi - Şənbə 10:00-20:00

8 Marta özəl hədiyyə seçimini Kango ilə edin!

8 Marta özəl hədiyyə seçimini Kango ilə edin!
8 Marta özəl hədiyyə seçimini Kango ilə edin!

8 Mart qadınların iqtisadi, ictimai-siyasi mübarizəsini, habelə qadınlara sevgi, hörmət və nəzakət hissini aşılayan tarixi bir gündür. Ötən əsrlərə nəzər yetirsək, qadın hüquqlarının, kişi hüquqlarına göstərilən diqqətdən daha az olduğunu görə bilərik. Bu diqqətsizlik zaman-zaman əməkçi və işçi qadınlarının haqqlarını və layiq olduqları hörməti tələb etmələrinə vadar etmişdir. XIX əsrin əvvəllərində minlərlə qadın, fərqli vaxtlarda və fərqli ölkələrdə toplaşaraq, daha qısa çalışma saatına, kişilərlə eyni hüquqa və səsvermə hüququna malik olmaq üçün, öz səslərini eşitdirməyə başladılar. Bu toplaşmaların birində 129 qadın işçi yandırılaraq, tarixə faciəvi şəkildə həkk olunmuşdur. Bu hadisələrin ardından, yəhudi qadın Klara Setkinin təşəbbüsü ilə, 1910-cu ildən etibarən 8 Mart, 129 qadının xatirəsinə həsr olunmuş gün kimi qeyd olundu. 1975-ci ildən isə, bu gün BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilmişdir.

Qadınların varlığı, bəşəriyyətin təməlidir. “ Qadın insandır, biz insan övladı”, “Bir cəmiyyətin inkişafını görmək üçün, ilk öncə o cəmiyyətdəki qadınlara diqqət yetirin” kimi məşhur deyimlər, qadının cəmiyyət və dünyadakı yerinin nə dərəcədə əhəmiyyətli olduğunun bariz nümunəsidir.

Dünya Qadınlar Günü münasibətilə, 1917-ci ildən etibarən ölkəmizdə də bu gün coşqu ilə qeyd olunur. Ailəmizdə, ətrafımızda olan qadınlara, özəl hədiyyələr alaraq, 8 Mart Qadınlar Gününü təbrik edir və yaddaqalan gün yaşamalarını istəyirik. Lakin, 8 Mart öncəsi ağılda dolaşan bir nüans var ki, bu da hədiyyə seçimidir.

 

Hədiyyə seçimini necə etməli?

Hədiyyə seçərkən diqqət yetirməli olduğumuz bir məqam var ki, o da qarşı tərəfin istəyinə və ehtiyacına uyğun seçimlər etməkdir. Qadınlar üçün alınan hədiyyələrdə, aksesuar, geyim və ətir daha çox üstünlük təşkil edir. Məhsulların çoxluğu və çeşidli olması, hədiyyə seçimi və sifarişində individuallıq yaradır.

Pul qabları, boyunbağı, qolbaq, üzük, saat və s. kimi zövqlü aksesuarların Türkiyədən sifarişini, Trednyol, Gittigidiyor vasitəsilə həyata keçirə bilərsiniz.

Calvin Klein, Avon, Dior, Versace, Gucci və s. kimi məşhur markalardan olan ətirlər, hədiyyə seçimi üçün əvəzolunmazdır.

Hədiyyə seçimində geyimlər də böyük avantaja sahibdir. Belə ki, zövqlü donlar, keyfiyyətli üst geyimləri, ayaqqabı və s. kimi məhsulları Zara, Bershka, TrendyolMilla kimi firmalardan, zövqlü hədiyyələrin sifarişi mümkündür.

 

Hədiyyə seçiminizi Kango ilə “Asan sifariş” edin!

Hədiyyə seçiminizi etdikdən sonra, çatdırılma prossesində Kangoya güvənə bilərsiniz. Belə ki, həm sayt, həm də mobil tətbiq vasitəsilə Kango sizin rahat şəkildə sifariş etmənizi təşkil edir.

Ən etibarlı və sürətli karqo şirkəti olan Kango, pulunuzdan savayı, vaxtınıza da qənaet etmənizi düşünərək, kuryer xidmətimizlə sifarişlərinizi qapıdan təhvil almanızı təmin edir.

Hədiyyə seçiminizi edib, Kango.az dan qeydiyyatdan keçməyə və ya Kango mobil tətbiqindən istifadə edərək, “Asan sifariş” ilə sifarişlərinizi həyata keçirməyə tələsin!